SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Bakıda kişi ailəsini qumbara ilə partlatmaq İSTƏDİ

Bakıda kişi ailəsini qumbara ilə partlatmaq İSTƏDİ

Tarix:

17-03-2021, 11:56

/ 686 dəfə oxundu.
Bakıda kişi ailəsini qumbara ilə partlatmaq İSTƏDİ

Bakıda ailəsini qumbara ilə öldürmək istəyən kişi tutulub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, martın 15-də saat 23.20-də DİN-in “102 - Zəng Mərkəzi”nə müraciət edən bir qadın Lökbatan qəsəbəsində yaşadıqları evdə atasının qumbara ilə onları öldürməklə hədələməsi barədə məlumat verib.

Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat tədbirləri ilə bu cinayət əməlini törətməkdə şübhəli bilinən Y.Malakanov saxlanılıb, ondan “UZRQM-2” markalı qumbara götürülüb.

Araşdırma aparılır.

Şərhlər

XƏBƏR LENTİ