SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Rusiyanın İsveçdəki səfiri XİN-ə ÇAĞIRILDI

Rusiyanın İsveçdəki səfiri XİN-ə ÇAĞIRILDI

Tarix:

2-08-2022, 14:08

/ 362 dəfə oxundu.
Rusiyanın İsveçdəki səfiri XİN-ə ÇAĞIRILDI

İsveç Rusiyanın Stokholmdakı səfiri Viktor Tatarintsevi Ukraynada öldürülən isveçli könüllü döyüşçü ilə bağlı səfirliyin sosial media hesabında yazılan şərhlərdən sonra Xarici İşlər Nazirliyinə çağırıb.

İsveç Xarici İşlər Nazirliyinə çağırılan Rusiya səfiri Viktor Tatarintsevə səfirliyin sosial media hesabında yazılan şərhlərin və Rusiyanın Ukraynaya qarşı davam edən təcavüzünün pisləndiyi bildirilib.

Nazirlik məsələ ilə bağlı əlavə şərh verməyib.

Bundan əvvəl  Rusiya səfirliyinin sosial media hesabında edilən paylaşımda Ukraynada həlak olan isveçli könüllü döyüşçünün “ölməyə layiq olduğu” bildirilib.

Qeyd edək ki, İsveç Silahlı Qüvvələri ilə müqaviləsini başa vuran və Ukrayna ordusuna qatılan 30 yaşlı İsveç vətəndaşı ötən ay öldürülüb.

Şərhlər

XƏBƏR LENTİ