XalqXəbər.Az

www.XALQXEBER.az » Siyasət » Azərbaycan Rusiyanın yeni səfirinin namizədliyini qəbul etmədi

Azərbaycan Rusiyanın yeni səfirinin namizədliyini qəbul etmədi

Azərbaycan Rusiyanın yeni səfirinin namizədliyini qəbul etmədi
28-11-2017, 09:12

Rusiyanın Xarici İşlər Nazirliyi Georgi Zuyevin yeni səfir kimi təyinatına Azərbaycandan aqreman almayıb.

Bu barədə Rusiyanın Xarici İşlər Nazirliyindəki mənbələrdən bildirilib.

Qeyd edək ki, diplomatik qaydalara əsasən, səfirin təyinatından əvvəl qəbul edən tərəfdən aqreman- etimadnamə verilməsinə ilkin razılıq istənilir.

Azərbaycan Georgi Zuyevlə bağlı Rusiya Xarici İşlər Nazirliyinə aqreman verməkdən imtina edib. Buna səbəb Georgi Zuyevin ermənipərəst mövqeyi olub.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin noyabrın 27-də Vladimir Doroxini bu ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edib. Bundan dərhal sonra məlum olub ki, onu bu postda Rusiya Xarici İşlər Nazirliyi Kadrlar departamentinin direktor müavini vəzifəsində çalışan Georgi Zuyevlə əvəz etmək istəyirlər. Yeri gəlmişkən, o da bəlli olub ki, Rusiya Dövlət Duması Azərbaycanda yeni səfir kimi G.Zuyevin namizədliyini hələ iyulun əvvəlində təsdiqləyib.

virtualaz.org

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.