SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Danimarka İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü ratifikasiya edib

Danimarka İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü ratifikasiya edib

Tarix:

5-07-2022, 20:09

/ 554 dəfə oxundu.
Danimarka İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü ratifikasiya edib

 
Danimarka hökuməti İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü ratifikasiya edib.

NATO-ya üzvlük danışıqları yekunlaşıb. Bu gün NATO-nun mənzil-qərargahında NATO-ya üzv 30 ölkənin nümayəndələrinin iştirakı ilə İsveç və Finlandiyanın üzvlük protokolları imzalanıb. Protokolun imzalanmasından sonra NATO-nun baş katibi Yens Stoltenberq Finlandiya və İsveçin NATO-ya üzvlüyünün təsdiqi prosesinin başladığını bildirib:


"Danimarkanın “Finlandiya və İsveçin NATO üzvlüyünün Danimarka tərəfindən ratifikasiyası hazırdır. Bütün müttəfiqlər tərəfindən tezliklə bunun ratifikasiya olunacağına ümid edirik”, - Danimarka XİN başçısı qeyd edib.

Bu, günorta saatlarında Finlandiya və İsveçin Alyansa qoşulması ilə bağlı protokolların imzalanmasından sonra NATO-dakı 30 müttəfiq arasında ilk və ən sürətli ratifikasiyadır.

Qeyd edək ki, artıq Norveç və İslandiya da öz ratifikasiya sənədlərini ABŞ-a təqdim etməyə hazır olduqlarını bəyan ediblər.

Şərhlər

XƏBƏR LENTİ