XalqXəbər.Az

XalqXeber.Az » Dünya » "Türkiyə NATO-dan çıxarıla bilər" - KİV

"Türkiyə NATO-dan çıxarıla bilər" - KİV

"Türkiyə NATO-dan çıxarıla bilər" - KİV
17-05-2022, 17:52

 
Ölkənin hakimiyyət orqanlarının Finlandiya və İsveçin alyansa üzvlüyü ilə bağlı mövqeyinə görə Türkiyə NATO-dan çıxarıla bilər. 

Bu barədə CNN-in materialında qeyd olunub.

“Xüsusilə Ərdoğan üç il əvvəl Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini aldıqdan sonra Türkiyənin NATO-dan çıxarılması ilə bağlı artıq çoxlu fikirlər var idi", - məlumatda deyilir. 

Bildirilib ki, Ərdoğan Rusiya prezidenti Vladimir Putinin dostudur. 

Qeyd edək ki, Ərdoğan bir müddət əvvəl Finlandiya və İsveçin NATO-ya üzv olmasını bəyənməyəcəyini bildirərək, ölkə rəhbərliyindən ondan inciməməyi xahiş etmişdi. 

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.