SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Sudan limanında 16 min qoyunu daşıyan gəmi batdı

Sudan limanında 16 min qoyunu daşıyan gəmi batdı

Tarix:

13-06-2022, 07:49

/ 400 dəfə oxundu.
Sudan limanında 16 min qoyunu daşıyan gəmi batdı

 
Bazar günü Sudanın Suakin limanında 16 min qoyunu daşıyan gəmi batıb.

Məlumata görə, qəzaya səbəb həddindən artıq yüklənmə olub.

Ekipaj son anda qaçmağı bacarıb.

Məlumata görə, heyvanların Qurban bayramı ərəfəsində Səudiyyə Ərəbistanına göndərilməsi nəzərdə tutulub. Estakadada batan “BADR 1” gəmisinin ilkin maksimal tonnajı 9 min heyvan, modifikasiyadan sonra isə maksimum yük 12 min baş olub.

Liman rəhbərliyi artıq mal-qaranın kütləvi şəkildə tələf olması səbəbindən Qırmızı dəniz üçün ciddi ekoloji təhlükə barədə xəbərdarlıq edib.

Mənbə: TASS

Şərhlər

XƏBƏR LENTİ