Mübariz Mənsimov daha bir zərbə - Gəmiləri borca görə həbs olundu
Mübariz Mənsimov daha bir zərbə aldı, ikisi də həbs olundu...
Fətullahçı Terror Təşkilatının üzvü olmaq iddiası ilə Baş Prokurorluq tərəfindən başladılan istintaq çərçivəsində həbs edilərək Silivri Qapalı Həbsxanasına göndərilən "Xəzər Lənkəran"ın fəxri prezidenti Mübariz Mənsimovun "Palmali" şirkətinə məxsus "M/V General Şıxlinski” və "M/V Xosrov Bəy” adlı ümumi yük gəmiləri ötən həftə liman və yanacaq borclarına görə İtaliyanın Oristano limanında həbs edilib.
Sportinfo.az istanbulhaber.com.tr-yə istinadla xəbər verir ki, İtaliyanın Oristano Limanında yanacaq və liman borcları üzündən həbs olunan 2 gəmidə 29 ekipaj üzvü çox çətin vəziyyətdə qalıb. 27-si azərbaycanlı, 1-i türk, 1-i ukraynalı olmaqla 29 ekipaj üzvü 10 aydır maaş ala bilməyib və hazırda hər iki gəmidə yemək və su qıtlığı yaranıb.
Oristano Liman İdarəsindən verilən məlumata görə, "M/V General Şıxlinski” adlı gəminin 90 min dollar, "M/V Xosrov Bəy” ümumi yük gəmisinin isə 150 min dollar yanacaq borcu var. Bundan əlavə, hər iki gəminin liman istismarı və əməliyyat xərcləri ödənilməyib.
Palmali Gəmiçilik Şirkətinə aid hər iki gəmidə çalışan 29 ekipaj üzvünün su və qidasız qaldığı qeyd edilsə də, gəminin regional agentliyi gəmi heyətinin problemləri ilə maraqlanmayıb, Oristano Liman İdarəsi isə hər iki gəmiyə qida və su yardımı edib.
Adlarını açıqlamayan Azərbaycan vətəndaşı olan ekipaj üzvlərinin İtaliyanın Oristano Limanında PSC yoxlamasından sonra verdiyi açıqlamada deyilir:
"Şirkət 10 aydır maaşlarımızı vermir. Burada Türkiyə Cümhuriyyəti Səfirliyinə və İTF-yə müraciət edərək kömək istədik. İtalyan Port Təşkilatı bizə dəstək verir. Gəmilərin heç birində nə qida, nə su qalıb.
Bir gün əvvəl Oristano Liman səlahiyyətliləri bizə beş günlük qida və su yardımı etdi. Burada çox əziyyət çəkirik. Prezidentimiz İlham Əliyevə müraciət edirik. Xahiş edirik, bizi buradan xilas edin".

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək