Britaniya kəşfiyyatı Rusiya ilə bağlı yeni məlumatlar AÇIQLADI
Rusiya fevralda Ukraynada hücuma cəlb etdiyi quru qüvvələrinin artıq 1/3-ni itirib.
Xalqxeber.az xəbər verir ki, Böyük Britaniya Müdafiə Nazirliyinin (MN) kəşfiyyat xidmətinin məlumatında belə qeyd olunub.
Qeyd edilib ki, Donbasda hücumun tempi azalıb, qrafikdə nəzərdə tutulduğundan əhəmiyyətli dərəcədə geri qalır. Rusiya son ayda əhəmiyyətli əraziləri də nəzarətə götürə bilməyib, ancaq ciddi itkilər verməkdə davam edir. Britaniya kəşfiyyatının proqnozuna görə, körpü və kəşfiyyat avadanlığı, müşahidə və kəşfiyyat pilotsuz aparatlarının çoxsaylı itkisi quru qüvvələrinin itkisini daha da artıracaq. Artıq Rusiya Ukrayna Hava Hücumundan Müdafiə Sistemləri qarşısında çox zəif olan pilotsuz aparatların çatışmazlığı ilə üzləşib.
Britaniya kəşfiyyatı hesab edir ki, hazırkı şəraitdə qarşıdakı 30 gündə Rusiya qüvvələrinin hücum tempini kəskin artırması qeyri-mümkündür.

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var