Putin Lavrova görə İsrail Baş nazirindən üzr istədi
İsrailin Baş naziri Naftali Bennet və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Xalqxeber TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb. Tərəflər Rusiyanın xarici işlər naziri Sergey Lavrovun mayın 1-də İtaliyanın “Rete-4” telekanalının efirində səsləndirdiyi bəyanatları müzakirə ediblər.
“Baş nazir Lavrovun sözlərinə görə Prezident Putinin üzrxahlığını qəbul edib. Baş nazir yəhudi xalqına və Holokost xatirəsinə münasibətinə aydınlıq gətirdiyinə görə ona təşəkkür edib”,-deyə bildirilib.
Bundan əlavə, Naftali Bennet İsrail Dövlətinin 74-cü Müstəqillik Günü münasibətilə təbrikə görə Vladimir Putinə təşəkkür edib.
Liderlər, həmçinin 9 May Qələbə günün hər iki ölkənin xalqları üçün xüsusi əhəmiyyətini qeyd ediblər.

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var