Lavrovdan müharibənin mayın 9-da bitəcəyi ilə bağlı xəbərlərə CAVAB
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynadakı əməliyyatları mayın 9-da, İkinci Dünya Müharibəsində nasistlər üzərində qələbənin ildönümündə başa çatdırmaq məqsədi daşımadıqlarını bildirib.
O, bu barədə İtaliyanın "Rete 4" telekanalında müsahibəsində deyib. Lavrov açıqlamasında Rusiya-Ukrayna müharibəsi ilə bağlı qiymətləndirmələr edib.
Rusiyanın İkinci Dünya Müharibəsində nasistlərə qalib gəldiyi mayın 9-da Ukraynada müharibəni bitirəcəyi xəbərinə Lavrov, “Rusiya Ukraynada xüsusi əməliyyatın başa çatmasını nasizm üzərində Qələbə Gününə qeyd edəcək. Əsgərlərimiz süni şəkildə öz hərəkətlərini müəyyən tarixə uyğunlaşdırmayacaqlar. Ukraynada əməliyyatın ritmi hər şeydən əvvəl mülki əhali və Rusiya hərbçiləri üçün riskin minimuma endirilməsi zərurətindən asılıdır", - deyə cavab verib.
Ukraynada nasist varlığının inkar edilə bilməyəcəyini və bəzi ukraynalı əsgərlərin bədənlərində nasist simvollarının döymələrinin olduğunu bildirən Lavrov, "Zelenskinin yəhudi olduğunu deyirlər. Mənim üçün Hitlerin də yəhudi kökü var idi. Ən böyük antisemitlər yəhudilərdir”, - deyə şərh edib.
Sergey Lavrov son olaraq nüvə müharibəsindən qaçdıqlarını, lakin bu riski qiymətləndirmədiklərini bildirib.

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var