XalqXəbər.Az

XalqXeber.Az » Dünya » Rusiyanın "Su-34" hərbi təyyarəsi Xarkovda vuruldu

Rusiyanın "Su-34" hərbi təyyarəsi Xarkovda vuruldu

Rusiyanın "Su-34" hərbi təyyarəsi Xarkovda vuruldu
29-04-2022, 13:50

 
Ukrayna hərbçiləri Xarkov vilayətində Rusiyanın "Su-34" qırıcı-bombardmançı təyyarəsini vurub. 

Bu barədə Xarkov vilayəti hərbi administrasiyasının rəhbəri Oleq Sinegubov "Facebook" səhifəsində məlumat verib.

Onun sözlərinə görə, İzyum istiqamətində aktiv döyüşlər davam edir: "Ukrayna ordusu öz mövqelərini saxlayır. Ötən gecə düşmən aktiv hücum əməliyyatları keçirməyib, əksinə, aktiv kəşfiyyat aparıb. Ukrayna Silahlı Qüvvələri Rusiyanın daha bir "Su-34" qırıcı-bombardmançı təyyarəsini vurub".

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.