"Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır" - Hikmət Hacıyev
"Azərbaycan tərəfindən sülh müqaviləsinin imzalanması ilə əlaqədar mövqeyimiz cənab Prezident tərəfindən ardıcıl surətdə və bütün imkanlarda və fürsətlərdə açıq şəkildə ifadə olunub".
Xalqxeber.az xəbər verir ki, bunu Şuşada jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, regionda yeni sülh gündəliyinin yaradılması və Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması üzrə danışıqların aparılması təşəbbüsü məhz Azərbaycana məxsusdur.
“5 prinsipdən ibarət olan sənəd də məhz Azərbaycan tərəfindən təqdim olunub. Prezident İlham Əliyev tərəfindən də bu gün qeyd olundu ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında əsas ana qayə dövlətlərin bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımasıdır. Azərbaycan bu xüsusda təqdim olunmuş prinsiplər əsasında öz mövqeyini ifadə edib. Əgər Ermənistan da Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa və qəbul edirsə, bu əsnada biz dövlətlər arasında münasibətlərdə normallaşmaya nail ola bilərik. Düzdür, Ermənistanın bundan başqa çıxış yolu da yoxdur. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır və üzərinə düşən beynəlxalq hüquqi öhdəliyi də bundan ibarətdir. Bunun üçün müxtəlif proseslər və platformalar var ki, Azərbaycanın təşəbbüsü də masa üzərindədir. Biz tezliklə İşçi qrupunun yaradılması və cənab Prezident tərəfindən də qeyd olunduğu kimi, artıq mətn üzərində müzakirələrə başlamağa hazırıq ki, konkret vaxt çərçivəsində bu proses başa çatsın. Bu, regionda əsaslı dərəcədə təhlükəsizlik mühitini dəyişə bilər və davamlı sülhün və sabitliyin təməlini təşkil edə bilər”, - Prezidentin köməkçisi vurğulayıb.

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var