SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Daha 32000 nəfər Ukraynanı tərk edib

Daha 32000 nəfər Ukraynanı tərk edib

Tarix:

17-04-2022, 15:00

/ 308 dəfə oxundu.
Daha 32000 nəfər Ukraynanı tərk edib


Rusiya Federasiyasının xüsusi hərbi əməliyyatı başlayandan bəri, qonşu ölkələrə Ukraynadan 4,86 ​​milyondan çox qaçqın gəlib.

Bu barədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) bu gün verdiyi məlumatda bildirilir.
Məlumata görə, bu rəqəm bir gündə 32,000-dən çox artıb, fevralın 24-dən aprelin 16-dək Ukraynanı tərk edənlərin sayı 4 milyon 869 min 19 nəfərə çatıb.

Gün ərzində 32 574 nəfər qonşu dövlətlərin sərhədlərini keçib.

BMT QAK-ın məlumatına görə, fevralın 24-dən aprelin 16-dək Rusiyaya 484 725, Polşaya 2 763 786, Rumıniyaya 738 862, Macarıstana 458 654 qaçqın gəlib.

Şərhlər

XƏBƏR LENTİ