“Youtube” Çeçenistan televiziyasının səhifəsini blokladı
“YouTube” onlayn videohostinqi Rusiyanın Dövlət Televiziya və Radio Şirkətinin Çeçenistan filialı olan “Vaynax” kanalının səhifəsini bloklayıb.
Xalqxeber.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə kanalın direktoru Ruzana Veselaeva xəbər verib:
"Kanal xəbərdarlıq olunmadan və heç bir səbəb göstərilmədən bağlanıb. Əminliklə deyə bilərəm ki, telekanalımız videohostinqin irəli sürdüyü bütün tələblərə riayət edirdi. Biz bloklanma və ya hər hansı pozuntular barədə xəbərdarlıq da almamışıq. Kanalda Çeçenistan Respublikasında baş verən hadisələr, region rəhbəri Ramzan Kadırovun fəaliyyəti və Ukraynada xüsusi əməliyyat haqda materiallar nümayiş olunurdu".
Qeyd edək ki, martın sonlarında videohostinq Rusiyanın "Birinci kanal", "Rusiya 24", "Rusiya 1", "TASS", "RİA Novosti", "RBK", "Zvezda" və bir neçə digər telekanallarının da yayımını dayandırılıb.

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var