Rusiya mayın 9-da Mariupolda parad keçirməyi planlaşdırır
Ruslar “xüsusi əməliyyat” uğurla nəticələnərsə, mayın 9-da Mariupolda parad keçirməyi planlaşdırırlar.
Bu barədə Mariupol merinin müşaviri Pyotr Andryuşenko məlumat yayıb.
"Bizdə olan məlumata görə, İvaşenkoya ("özünü Mariupolun "meri" elan edən - red.) mayın 9-da paradı təmin etmək üçün şəhərin Mərkəzi rayonunun bir hissəsini dağıntılardan və ölənlərin cəsədlərindən təmizləmək tapşırılıb. Bütün məlumatlar toplusuna əsasən, işğalçılar “xüsusi əməliyyatın” uğur qazanacağı təqdirdə mayın 9-da Mariupolda “qələbə karnavalı” keçirməyi planlaşdırırlar”, - Andryuşşenko yazıb.
Onun sözlərinə görə, şəhərdə belə tədbirləri keçirəcək nə texniki işçi var, nə də adam:
"Buna görə də, belə bir sifarişin potensial uğursuzluğu, əlbəttə ki, Gauleiter İvaşenkonun etibarlılığının azalmasına səbəb olur", - mer müşaviri əlavə edib.

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var