Kanada Ukraynaya daha 100 milyon dollar ayıracaq
Kanada hakimiyyəti Ukraynaya humanitar yardım göstərmək üçün daha 100 milyon dollar göndərəcək.
Bunu Kanadanın Baş naziri Castin Trüdo qaçqınlara kömək məqsədilə keçirilən “Ukrayna üçün ayağa qalx” xeyriyyə kampaniyasının nəticələri ilə bağlı konfransda bildirib.
"Biz daha 100 milyon dollar ayıracağıq. Beləliklə, ilin əvvəlindən Ukraynaya humanitar yardımın göstərilməsinə ümumi töhfəmiz 245 milyon dollar olacaq", - Trüdo deyib.
Baş nazir əlavə edib ki, Kanada Ukraynaya daha 345 minə yaxın zəruri əşya göndərəcək.
Qeyd edək ki, Ukraynadan olan qaçqınlara yardım aksiyası Avropa Komissiyası və Kanada hökumətinin təşəbbüsü ilə keçirilib.
Polşadakı Avropa Komissiyasının məlumatına görə, Ukrayna hadisələri ilə bağlı təxminən 12 milyon insanın köməyə ehtiyacı var.

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var