XalqXəbər.Az

XalqXeber.Az » Dünya » Paşinyanın arvadı ölmüş erməni hərbçilərinin yaxınlarını təhqir etdi

Paşinyanın arvadı ölmüş erməni hərbçilərinin yaxınlarını təhqir etdi

Paşinyanın arvadı ölmüş erməni hərbçilərinin yaxınlarını təhqir etdi
7-04-2022, 17:44

 
Ermənistan Baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyan Hökumət Evində Qarabağda öldürülmüş erməni hərbçilərinin yaxınları üçün qəbul keçirib.

Xalqxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, 44 günlük müharibə zamanı öldürülmüş hərbçilərin ailələrinin əksəriyyəti qəbula girmədən geri qayıdıblar.

Onlardan birinin dediyinə görə, evə giriş pasportla olub və onlarla hərbçi yaxını soyuqda ayaq üstə qapıda qalıb. 

"Gəldik, düşündük ki, özümüzü insan hiss edəcəyik. Bizi gətirib küçədə saxladılar. Oturmağa yer yoxdur, biz də gedirik", - ölmüş hərbçilərdən birinin yaxını bildirib. 

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.