Rusiya 52 ölkəyə uçuşları bərpa edəcək
Rusiya aprelin 9-dan etibarən 52 ölkə ilə uçuşları bərpa edəcək.
Xalqxeber.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın Baş naziri Mixail Mişustin Vahid Rusiya fraksiyası ilə görüşündə deyib.
Beləliklə, koronavirusun yayılması ilə əlaqədar əvvəllər çarter reyslərinə tətbiq edilən məhdudiyyətlər aradan qaldırılacaq. Ölkələrin siyahısına Argentina, Hindistan, Cənubi Afrika və bir sıra digər "dost" dövlətlər daxildir.
Mişustinin sözlərinə görə, koronavirusa yoluxma halları azalmaqdadır və buna görə də Rusiya aviadaşıyıcıları üçün mövcud olan istiqamətlərin siyahısını genişləndirmək mümkündür: "İndi onlar 15 ölkəyə məhdudiyyətsiz uça bilir, indi isə biz 52 ölkə ilə uçuşları bərpa edirik".

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var