Yaponiya 20 ildən sonra Rusiyaya "işğalçı" dedi
Yaponiya mediası hakimiyyətin son 20 ildə ilk dəfə olaraq Cənubi Kuril adalarının Yaponiyanın ayrılmaz hissəsi olduğu və hazırda işğalda olması barədə sərt ifadəni siyasi leksikona qaytarmasını şərh edir. Sonuncu dəfə 2003-cü ildə "Rusiya tərəfindən işğal olunmuş ərazilər" ifadəsi mediada yer almışdı.
Bu barədə "Kyodo" xəbər agentliyi məlumat yayıb.
Qeyd olunur ki, Yaponiya XİN 2022-ci il üçün diplomatiyanın "Mavi kitabı"nın layihəsini hazırlayıb. Layihədə son 20 ildə ilk dəfə olaraq Kuril barədə “hazırda Rusiyanın işğalı altındadır” müddəası yer alıb. Bundan başqa, sənəddə Ukraynada xüsusi hərbi əməliyyatını davam etdirən Rusiyaya ittihamlar yer alıb.
"Mavi kitab" 1957-ci ildən bəri hər il nəşr olunan Yaponiya diplomatiyasının xarici siyasətini və beynəlxalq əlaqələrini ümumiləşdirən sənəddir. Hazırkı “Mavi kitab”da qeyd edilir ki, Yaponiya ilə Rusiya arasında sülh müqaviləsi üzrə danışıqların perspektivlərindən danışmaq mümkün deyil.

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var