“Bu bölgə Rusiyaya birləşmək istəsə...” - ŞOK AÇIQLAMA
“Cənubi Osetiya (Gürcüstanın işğal edilmiş ərazisi – red.) Rusiyaya birləşmək məsələsini kənardan müdaxilə etmədən təkbaşına həll etməlidir”.
Bunu Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin üzvü Sergey Tsekov deyib.
“Hazırda yaranan vəziyyətə görə təşəbbüs göstərməməli və bu prosesə qarışmamalıyıq”, - deputat Rusiyadan qondarma referendumun təşkilinə mümkün köməklik barədə sualı cavablandırarkən qeyd edib.
Tsekov hesab edir ki, işğal bölgəsindəki separatçı rejimin “referendum keçirmək hüququ” var və Moskva onların istənilən qərarına hörmətlə yanaşacaq.
Bundan əvvəl Cənubi Osetiyadakı qondarma rejimin başçısı Anatoli Bibilov “respublika”nın tezliklə Rusiyaya birləşmək planının olduğunu açıqlayıb. O, bu addımın “ölkəsinin” strateji hədəfi olduğunu vurğulayıb.
Rəsmi Tiflis separatçıların qərarına etiraz edib. Gürcüstan Xarici işlər naziri David Zalkaliyani deyib ki, nə Tiflis, nə də dünya Cənubi Osetiyanın Rusiyaya birləşməsinə dair referendumu tanıyacaq. O, həmçinin beynəlxalq ictimaiyyətdən sərt reaksiyanın olacağına ümid etdiyini bildirib. /Teleqraf.com/

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var