Sülhməramlılar postları Azərbaycana təhvil verir - Pritçin
Bəzi məlumatlara görə, Qarabağda Rusiyanın sülhməramlı kontingentinin müəyyən qədər azalması müşahidə olunur. Rusiya Federasiyasının Müdafiə Nazirliyindən bu barədə rəsmi məlumat yoxdur. Məsələ burasındadır ki, əgər sülhməramlı kontingent haqqında məlumatlar düzgündürsə, bu vəziyyətdə blokpostların sayı azalır. Rus əsgərləri bəzi postları tərk edib gedir, Azərbaycan Ordusu isə avtomatik olaraq həmin nöqtələri öz nəzarətinə götürür.
Xalqxeber.az Axar.az-a istinadən xəbər verir ki, bu fikirləri Postsovet Araşdırmaları Mərkəzinin böyük elmi işçisi, Rusiya Elimlər Akademiyasının üzvü Stanislav Pritçin bölüşüb.
"Bu vəziyyət Ermənistan tərəfinin narahatlığına səbəb olub. Onlar hazırda beynəlxalq ictimayətin bu məsələyə diqqət cəlb etməsinə çalışır. Qarabağla bağlı informasiya kampaniyası da məhz bununla izah olunur. Lakin hazırda regionda vəziyyətin gərginləşməsi üçün heç bir əsas yoxdur", - deyə ekspert bildirib.

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var