Fransa əhalisinə koronavirusla bağlı xəbərdarlıq EDİLDİ
“Fransada koronavirusa yoluxanların sayı yaxın günlərdə artacaq”.
Bu barədə “France Inter” radiostansiyasına müsahibəsində ölkənin səhiyyə naziri Olivye Veran bildirib. Onun sözlərinə görə, yanvar ayı ölkənin xəstəxanaları üçün çox çətin ay olacaq və tibb işçiləri bunu başa düşür:
“Biz indi iki böyük təhlükə ilə üz-üzəyik - ümumi baxım palatalarını həddən artıq yükləyən omikron ştamı və reanimasiya şöbələrində xəstələrin sayının artmasına səbəb olan delta ştamı. Bu iki təhdid eyni cavabı tələb edir - peyvəndlər və revaksinasiyalar, o cümlədən, xüsusən də uzaqdan işləmək və böyük toplantılara qadağa ilə bağlı səlahiyyətlilərin göstərişlərinə əməl etmək”.
Fransa hazırda koronavirus pandemiyasının beşinci dalğasını yaşayır. Hazırda 20 minə yaxın koronavirusa yoluxmuş insan xəstəxanalardadır. Fransada pandemiyanın başlanğıcından bəri 123 mindən çox insan koronavirus infeksiyasının yaratdığı xəstəlikdən dünyasını dəyişib.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır