ETN uşaqlarımızın tərbiyəsini kimlərə həvalə edir?
ETN-in Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərovadır.
Günel Səfərova maliyyə mənbələri və fəaliyyət istiqamətləri ictimaiyyətdə hər zaman birmənalı qarşılanmayan xarici fondlara, xüsusilə Sorosla sıx əməkdaşlıq etmiş, müəyyən radikal aksiyalarda ön cərgələrdə yer alaraq milli-mənəvi dəyərlərimizlə bir araya sığmayan şüarları dəstəkləyən bir şəxsin təhsil sistemində, xüsusən də uşaqların müdafiəsi kimi həssas bir strukturda məsul vəzifəyə gətirilməsi nə dərəcədə əsaslandırılıb?
Hansı ki, Günel xanım LGBT fəalları ilə əməkdaşlıq edir, feministlərin aksiyalarında iştirak edir və Bakı küçələrində qeyri-etik plakatlarla diqqət çəkir.
Soros Fondu LGBT-ni maliyyələşdirir. Vaxtilə Azərbaycanda Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu (Soros Fondu) və onunla əlaqəli fəaliyyət göstərən bəzi QHT-lər üzrə hüquq-mühafizə orqanları tərəfindən geniş təhqiqat və istintaq işləri aparılıb.
Milli təhsilimizdə uşaqların müdafiəsini və insani dəyərlərini həqiqətən kimlər və hansı ideologiya ilə qoruyacaq?
Uşaqların gələcəyi kimə əmanətdir? Məktəblilərin tərbiyəsi, mənəvi formalaşması, milli ruhda böyüməsi və zorakılıqdan müdafiəsi strateji dövlət marağıdır. Milli mentalitetdən və ənənəvi ailə dəyərlərindən uzaq ideoloji baxışları ilə tanınan kadrların bu prosesə rəhbərlik etməsi gələcək nesillərin tərbiyəsində hansı fəsadlara yol aça bilər?
Tehsilmedia.info qeyd edir ki, təhsil sistemində onlarla təcrübəli, milli dəyərlərə sadiq və pedaqoji prinsipləri rəhbər tutan mütəxəssis olduğu halda, qərbyönümlü və qalmaqallı fəaliyyəti ilə seçilən fiqurların önə çəkilməsi ETN-in kadr siyasətindəki prioritetlərin nə dərəcədə doğru seçildiyini sual altına alır.
Uşaqlarımızın tərbiyəsi, mənəvi sağlamlığı və xoşbəxt gələcəyi hər hansı ideoloji eksperimentlərin, yaxud qərb layihələrinin yeri ola bilməz.
Milli təhsilimizdə uşaqların müdafiəsini və insani dəyərlərini həqiqətən kimlər və hansı ideologiya ilə qoruyacaq?
Emin Əmrullayev bu qərarı ilə nə demək istəyir?
Onu da qeyd etmək istəyərdik ki, vaxtilə Günel Səfərova Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri seçiləndə özü ilə 2 şəxs də gətirmişdi. Bunlardan biri də Məleykə Əlizadə idi. Məleykə xanım həmin Şuranın üzvü idi. Hazırda “Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyinin sədri, eyni zamanda Qərbi Kaspi Universitetinin Tarix kafedrasının müdiridir.
Tehsilmedia.info
XalqXeber.Az






Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır