“Putində Zelenskiyə qarşı “kompromat” var”
“Ukrayna Prezidenti Vladimir Zelenskini Rusiya lideri Vladimir Putinlə danışıqlara buraxmaq çox təhlükəlidir”.
Bunu Ukraynanın keçmiş Baş prokuroru Yuriy Lutsenko “Ukrayna 24” telekanalının efirində deyib.
Onun sözlərinə görə, Rusiya xüsusi xidmət orqanlarında və şəxsən Vladimir Putində Zelenskiyə qarşı “kompromat” var. Lutsenko hansı səbəbdən bu nəticəyə gəldiyinə aydınlıq gətirməyib.
Lutsenko belə hesab edir ki, belə bir səfər o deməkdir ki, Zelenski özünə qarşı olan “kompromat”ı bağlamaq istəyir.
“Ukrayna Prezidentini bu vəziyyətdə ora təkbətək göndərmək təhlükəlidir”, - deyə Lutsenko vurğulayıb.
Qeyd edək ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Moskva Vladimir Zelenski və Vladimir Putinin görüşü barədə Kiyevdən konkret təkliflər almayıb.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır