Rusiya və Türkiyə birgə silah istehsal edəcək
Moskva və Ankara birgə silah istehsalını və Rusiya hərbi məhsullarının Türkiyəyə tədarükünü müzakirə edirlər. Xalqxeber.az “İnterfaks”a istinadən xəbər verir ki, bunu Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin direktoru Dmitri Şuqayev “Dubai Airshow-2021” beynəlxalq aviaşousu çərçivəsində deyib. D.Şuqayev vurğulayıb ki, Türkiyə ilə hərbi-texniki əməkdaşlıq davamlı şəkildə inkişaf edir. O, S-400 zenit-raket komplekslərinin yeni partiyasının tədarükü ilə bağlı müqavilənin imzalanmasının vaxtını da açıqlayıb. Şuqayevin sözlərinə görə, bu, 2021-ci ilin sonuna qədər baş verəcək. Qeyd edək ki, Rusiya və Türkiyə 2017-ci ildə S-400 zenit-raket komplekslərinin tədarükü üçün ilk müqavilə imzalayıb, Türkiyə tərəfi kompleksləri 2019-cu ilin yayı və payızında alıb.
XalqXeber.Az
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır