Bolqarıstanda prezident və parlament seçkiləri keçirilir
Prezident və parlament seçkilərinin eyni vaxtda keçirildiyi Bolqarıstanda seçki məntəqələri açılıb.
Xalqxeber.az xarici mətbuata istinadən xəbər verir ki, ölkənin 31 seçki dairəsinə (daha bir dairə xaricdə səs verən vətəndaşlar üçün nəzərdə tutulub) bölünüb. Seçki dairələrində ümumilikdə 11 874 seçki məntəqəsi açılıb. Ölkənin Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınmış seçicilərin ümumi sayı isə 6,6 milyon nəfərdir.
Bu il üçüncü dəfə keçirilən parlament seçkilərində 27 partiya iştirak edir. Qeyd edək ki, qanunvericiliyə uyğun olaraq yalnız 4 faizlik baryeri keçənlər Milli Məclisə keçəcək.
Bolqarıstanda parlament seçkiləri ilə paralel şəkildə prezident seçkiləri də keçirilir. Vətəndaşlar 23 namizəd arasından seçim etməlidirlər. Ölkədə aparılan sorğular zamanı vətəndaşlar hazırkı prezident Rumen Radevə üstünlük verib, lakin onun ilk turda qalib gəlmə ehtimalının az olduğunu qeyd edilir.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır