"Gələn il "Texnofest"i Azərbaycanda keçirəcəyik" - Ərdoğan
"Gələn ildən "Texnofest"i can Azərbaycandan başlayaraq, digər dost, müttəfiq ölkələrdə də keçirəcəyik".
Xalqxeber.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Atatürk hava limanında keçirilən "Texnofest-2021" aviasiya, kosmos və texnologiyalar festivalında bildirib.
O, "Tədbir dünya mediasının gündəmində bir nömrə olmalıdır. "Texnofest"i elə bir marka halına gətirməliyik ki, dünyanın bütün gəncləri bu nüfuzlu texnologiyalar festivalında iştirak etməyə can atsın",- deyərək, beynəlxalq festival səviyyəsində təşkil olunacağını ifadə edib.
Qeyd edək ki, Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus iki "MiQ-29" təyyarəsi də sözügedən festivalda nümayiş olunur.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır