Rus “sülhməramlı”larının komandiri yenə dəyişdirildi - NƏ BAŞ VERİR?
Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin yeni komandanı yenidən dəyişdirilib.
Ovqat.com-un məlumatına görə, xəbəri erməni mənbələri yayıb.
Rusiya “sülhməramlı”larına yaxın dairələrə istinadən yayılan xəbərdə bir müddət öncə bu vəzifəyə gətirilən Mixail Kosobokovun general-leytenant Gennadi Anaşkinlə əvəz ediləcəyi bildirilir.
Anaşkinin yüksək təcrübəli hərbçi, Rusiya Milli Qəhrəmanı olduğu qeyd olunur.
Kimdir?
Rus “sülhməramlı”larının yeni komandiri Gennadi Vladimiroviç Anaşkin 1968 -ci ildə Kuibışev (Samara) şəhərində anadan olub. İlk hərbi xidmətini Almaniyada keçirib
Keçmiş Yuqoslaviyada, həmçinin Bosniya və Herseqovinadakı sülhməramlı qüvvələrin tərkibində bir hava taboruna komandanlıq edib,
Birinci və İkinci Çeçen müharibələrində və 2008 -ci ildə Cənubi Osetiyada hərbi əməliyyatlarda iştirak edib.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır