“Bununla Ermənistan rəhbərliyi sanki əhalinin oranı tərk etməyini istəyir”
Ermənistanın Qeqarkunik vilayətinin Qeqamasar icmasının sakinləri Zod (Sotk)-Basarkeçər magistralını bağlayıb.
Xalqxeber.az erməni KİV-nə istinadən xəbər verir ki, onlarla sakin Qeqamasar icmasının Basarkeçərə birləşdirilməsinə dair planlara etiraz olaraq yolu bağlayıblar.
Məlumata əsasən, etirazçılar onları narahat edən problemlərin həll olunmasını və ərazi idarəçiliyi naziri Qnel Sanosyan ilə görüş tələb edirlər. Etirazçıların sözlərinə görə, sakinlərin fikirlərini diqqətə alan yoxdur və administrasiyanın diqqətini cəlb etmək üçün yeganə vasitə yolun bağlanmasıdır.
Qeqamasar icmasına 18 kənd daxildir və hazırda onu Basarkeçər şəhərinə birləşdirməyi planlaşdırırlar. İcma rəhbəri Akop Avetyanın sözlərinə görə, ölkənin bu sərhədyanı kəndlərinin birləşdirilməsi ilə ölkə rəhbərliyi sanki əhalinin həmin yerləri tərk etməsini istəyir.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır