Ermənilər Fətəli xan Xoyskinin qatilinə abidə ucaldacaq
Yerevan Ağsaqqallar Şurası qalmaqallı qərar verib.
Xalqxeber.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Şura 1919-1921-ci illərdə Türkiyə və Azərbaycanın bir sıra görkəmli dövlət xadimlərinə sui-qəsd təşkil edən terrorçulara abidə ucaldılması barədə təklifi dəstəkləyib. Abidə Yerevanın mərkəzinə yaxın ərazidə, Radio Evi ilə üzbəüz parkda qoyulacaq. Abidə üçün maliyyə vəsaitində cəmiyyətin bütün təbəqələrinin iştirakı gözlənilir. Xatırladaq ki, abidədə 1920-ci ilin iyununda Tbilisidə Azərbaycan Xalq Cümhuriyyətinin keçmiş baş naziri Fətəli xan Xoyskinin qatili Aram Erkanyan və 1921-ci il iyulun 19-da İstanbulda eks-daxili işlər naziri Behbud xan Cavanşiri qətlə yetirən Misak Torlakyan da yer alacaq.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır