İrəvan xəstəxanası "Azərbaycan, Şuşi şəhəri" yazdı —Ermənistan qarışdı… — FOTOFAKT
İrəvanda yerləşən Yoluxucu Xəstəliklər Kliniki Xəstəxanası tərəfindən verilən tibbi arayışda Şuşa Azərbaycan şəhəri kimi qeyd olunub və bu, Ermənistanda siyasi qalmaqala səbəb olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat Ermənistanın “Sasna Çrer” partiyasının sosial şəbəkə hesabında paylaşılıb.
Məlumatda qeyd olunur ki, Rusiyada yaşayan və koronavirusa yoluxan erməni əsilli şəxs təyyarə ilə İrəvana gətirilib. Yoluxucu Xəstəliklər Kliniki Xəstəxanası isə həmin şəxsin işğal altında olan Şuşa şəhərinə göndərilməsi barədə arayış verib. Verilən arayışda “İzolyasiya ünvanı: Azərbaycan, Şuşi şəhəri” (“Մեկուսացման հասցե` Ադրբեջան, Շուշի քաղաք”) yazılıb.
“Sasna Çrer” partiyasından verilən açıqlamada bildirilir ki, Ermənistan hökuməti bu “xain” əmələ rəsmi şəkildə aydınlıq gətirməyə və günahkarları məsuliyyətə cəlb etmək üçün tədbirlər görməyə borcludur.
Qeyd edək ki, ötən əsrin 90-cı illərində Qarabağda Azərbaycana qarşı döyüşən bir qrup terrorçu tərəfindən yaradılan “Sasna Çrer” partiyasının açıqlmasında həmçinin qeyd olunub ki, hökumət göstərilən addımları atmasa, xəyanətə görə məsuliyyəti öz üzərinə götürəcəkdir.
Məsələ ilə bağlı Ermənistan hökumətinin İctimaiyyətlə Əlaqələr və İnformasiya Mərkəzindən açıqlama verilib. Açıqlmada qeyd olunur ki, tibbi arayışda “İzolyasiya ünvanı: Azərbaycan, Şuşi şəhəri" qeydinin olması texniki səbəblərdən baş verib. Ermənistan hökumətin açıqlmasında göstərilir ki, tibbi arayış elektron sistem əsasında verilir və bu zaman yer adları "Yandex" və ya "Google" sistemlərinə uyğun olaraq müəyyən olunur. Bildirilir ki, hər iki sistemdə Şuşa şəhəri Azərbaycan ərazisi kimi qeyd olunur.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır