Köçəryanı həbsdən rusiyalı milyarderlər çıxardı
Ermənistanın sabiq prezidenti Robert Köçəryanın həbsdən çıxması üçün tələb olunan 4,1 milyon dollar girovun çoxunu erməni əsilli bəzi rusiyalı milyarderlər verib.
Qaynarinfo xəbər verir ki, bunu Köçəryanın sözçüsü Viktor Soqomonyan RBC-ya açıqlamasında deyib. O, həmin milyarderlərin "Taşir" şirkətinin sahibi Samvel Karapetyan, "Monarx" şirkətinin sahibi Sergey Ambartsumyan və "Stinkom"un rəhbəri Qennadi Steoanyan olduğunu bildirib.
Soqomonyan "AFK Sistema" şirkətinin də girov üçün dəstək olduğunu, lakin şirkət rəhbəri Vladimir Yevtuşenkovun şəxsən bu işə töhfə vermədiyini deyib.
Yeri gəlmişkən Ermənistan mətbuatı Köçəryanın azadlığa çıxması üçün bir çox Ermənistan vətəndaşının da pul verdiyini yazıb.
Qeyd edək ki, 1998-2008-ci illərdə Ermənistana rəhbərlik edən Robert Köçəryan konstitusiyanı pozmaq və rüşvət almaqda ittiham edilərək həbs olunmuşdu.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır