Köçəryanı həbsdən rusiyalı milyarderlər çıxardı

Köçəryanı həbsdən rusiyalı milyarderlər çıxardı Ermənistanın sabiq prezidenti Robert Köçəryanın həbsdən çıxması üçün tələb olunan 4,1 milyon dollar girovun çoxunu erməni əsilli bəzi rusiyalı milyarderlər verib.

Qaynarinfo xəbər verir ki, bunu Köçəryanın sözçüsü Viktor Soqomonyan RBC-ya açıqlamasında deyib. O, həmin milyarderlərin "Taşir" şirkətinin sahibi Samvel Karapetyan, "Monarx" şirkətinin sahibi Sergey Ambartsumyan və "Stinkom"un rəhbəri Qennadi Steoanyan olduğunu bildirib.

Soqomonyan "AFK Sistema" şirkətinin də girov üçün dəstək olduğunu, lakin şirkət rəhbəri Vladimir Yevtuşenkovun şəxsən bu işə töhfə vermədiyini deyib.

Yeri gəlmişkən Ermənistan mətbuatı Köçəryanın azadlığa çıxması üçün bir çox Ermənistan vətəndaşının da pul verdiyini yazıb.

Qeyd edək ki, 1998-2008-ci illərdə Ermənistana rəhbərlik edən Robert Köçəryan konstitusiyanı pozmaq və rüşvət almaqda ittiham edilərək həbs olunmuşdu.
Geri qayıt