XalqXəbər.Az

www.XALQXEBER.az » Dünya » Almaniya bankı Mübariz Mənsimovun 6 gəmisini əlindən aldı - HƏBSDƏKİ BİZNESMEN BORC BATAQLIĞINDA

Almaniya bankı Mübariz Mənsimovun 6 gəmisini əlindən aldı - HƏBSDƏKİ BİZNESMEN BORC BATAQLIĞINDA

Almaniya bankı Mübariz Mənsimovun 6 gəmisini əlindən aldı - HƏBSDƏKİ BİZNESMEN BORC BATAQLIĞINDA
20-04-2020, 21:37

Türkiyədə martın 15-də FETÖ silahlı terror təşkilatına üzv olmaq ittihamı ilə həbs olunan azərbaycanlı biznesmen Mübariz Mənsimovun “Palmali Holding” şirkətinin borc bataqlığında batmaqda olduğu üzə çıxıb.

Virtualaz.org xəbər verir ki, “Palmali Holding”ə kredit verən alman bankı şirkətin ödəmə qabiliyyətini itirməsi səbəbindən maliyyələşməni dayandırıb və ona məxsus 6 tankeri müsadirə edib.

Bu haqda Türkiyənin “Denizhaber” portalı yazır. Portalın yazdığına görə dünyada dənizçilik sektoruna kreditlər verməsi ilə tanınan, keçmiş adı “HSN Nordbank” olan, mərkəzi Almaniyada yerləşən “Hamburg Commercial Bank” (HC Bank) Mənsimovun “Palmali Dry Holding” və “Palmali Holding” şirkətlərinə 6 quru yük gəmisinin satın alınması üçün ayırdığı kredit üzrə ödəmələrin 2018-ci ildən dayandırılmasına görə həmin gəmiləri müsadirə etmək qərarı verib. Bu gəmilər 2007-ci ildə yığılan “Naxçıvan”, 2006-cı ildə suya endirilmiş “Mirzağa Xəlilov”, 2007-ci il buraxılışlı “İsmayıl Şıxlı”, 2007-ci il buraxılışlı “Şirvan”, yenə də həmin ildə buraxılmış “Riad Əhmədov” və “Əhməd Mahmudov” gəmiləridir. Bank “Palmali Denizçilik Şirkəti”indən tələb edib ki, həmin gəmilərin idarəçiliyini banka təhvil versin.

“Hamburg Commercial Bank” rəhbərliyi tərəfindən “Palmali Holding” rəhbərliyinə göndərilən rəsmi məktubda deyilir ki, 2006-cı ildə götürülən kredit indiyə qədər 5 dəfə restruktirizasiya edilib və 2018-ci ilin birinci kvartalından etibarən bəri ödəmələr ümumiyyətlə dayanıb. Bank “Palmali Holding” şirkətinin anlaşmalara heç cür əməl etmədiyini, nəticədə 6 gəminin alınması üçün verilən kreditin geri çağırılmasına qərar verildiyi və gəmilərin ən qısa zamanda banka təhvil verilməli olduğunu bildirir.

Mənbə yazır ki, bank 2018, 2019-cu illərdə və 2020-ci ilin ötən aylarında “Palmali Holding”ə kreditin geri çağırılması ilə bağlı cəmi 8 rəsmi məktub göndərib. Lakin “Palmali Holding” heç bir anlaşmaya əməl etməyib və cəmi 27 milyon dollarlıq borcun ödənilməməsinə görə həmin 6 gəminin idarəçiliyi banka təhvil verilməlidir.

Həmin gəmilərin Almaniya bankının nəzarətinə keçməsi nəticəsində “Palmali Holding”in indi cəmi 21 gəmisi qalıb. Hansı ki, bir zamanlar holdinqin 200-ə yaxın gəmisi vardı. Bildirilir ki, “Palmali” hazırda borc bataqlığındadır, banklara və tərəfdaşlarına çoxlu borcları var.

Xatırladaq ki, bundan əvvəl “Palmali Holdinq”in Rusiyadakı törəmə şirkəti “Palmali” MMC müflis olub və məhkəmə şirkətin “Sberbank”a olan 220 milyon dollar borcunun əvəzində 52 gəmisini müsadirə edib. Həmin gəmilər bank tərəfindən hərracda satılacaq və əldə edilən vəsait borcun əvəzinə götürüləcək.

Rusya Rostov Tahkim Mahkemesi tarafından iki kez açık artırma ile satışa çıkarılan Palmali Rostov'a ait gemilerin satışı, bugüne kadar gerçekleşmezken, mahkemenin geçen hafta aldığı yeni bir kararla, el konulan 52 gemiden 46'sının tek parça olarak satışının yapılacağı, kamuoyuna açıklandı. Habelə “Palmali”nin iki tankeri (“Bozdağ” və “Masallı” ) limana olan borcun ödənilməməsinə görə uzun müddət Estoniyanın Tallin limanında saxlanılırdı. Nəhayət həmin gəmilər ucuz qiymətə “Gazprom”a satıldı.

“Denizhaber” yazlr ki, “Palmali Holding”in hazırda müxtəlif banklara, yanacaq təchizatçılarına, tərsanələrə və başqa şirkətlərə olan borcları 600 milyon dollara yaxındır. Personalın maaşları aylardır ödənilmir və hazırda şirkətin aktivlərinin bazar dəyəri cəmi 100 milyon dollara yaxındır. Bu baxımdan kreditorlar istənilən vaxt “Palmali”nin müflis elan edilməsi barədə iddia qaldıra bilər. Həmin aktivlərin hamısı hazırda kreditorların girovluğundadır.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.