İranlı Ancelina Coli koronavirusa yoluxdu
İranda sosial media fenomeni sayılan məhbus Fatimə Xişvənd həbsxanada koronavirusa yoluxub...
Məlumatı əsas ofisi ABŞ-da yerləşən İnsan Haqları Mərkəzi yayıb.
Bildirilib ki, 22 yaşlı bloggerin vəziyyəti ağırdır və tənəffüs aparatına qoşulub.
Qeyd edək ki, F.Xişvəndin “Instagram”dakı hesabının adı Sahar Tabardır. O, “Zombi gəlin”, “Zombi qız” kimi adlandırılır. F.Xişvənd Ancelina Coliyə oxşamaq üçün 50-yə yaxın estetik cərrahiyyə əməliyyatı keçirib.
Xatırladaq ki, F.Xişvənd 2019-cu il oktyabrın 5-də həbs olunub. Tehran hakimiyyəti onu “dini müqəddəsləri təhqir etməkdə, küfrdə, zorakılğı təbliğ və qanunsuz əmlak əldə etməkdə, hicab qaydalarını pozmaqda, korrupsiyada” ittiham edərək azadlıqdan məhrum edib. Onun “Instagram”dakı səhifəsi sındırılıb. Onun həbsindən üç gün sonra İranda tanınmış qadın bloggerlər Səhra Əfşarian, Sara Şəriətmədari və Nilufər Müti də oxşar ittihamlarla tutulublar.
İnsan hüquqlarını müdafiə edən təşkilatlar Fatimə Xişvəndin səhhəti ilə əlaqədar azadlığa buraxılmasını istəsələr də, hakimiyyət çağırışı cavabsız qoyub.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır