XalqXəbər.Az

www.XALQXEBER.az » Dünya » Alimlərdən açıqlama: "Sosial məsafə 2022-ci ilə qədər qorunmalıdır"

Alimlərdən açıqlama: "Sosial məsafə 2022-ci ilə qədər qorunmalıdır"

Alimlərdən açıqlama: "Sosial məsafə 2022-ci ilə qədər qorunmalıdır"
15-04-2020, 15:22

Harvard Universitetində epidemiyanın gedişi ilə əlaqədar kompüter simulyasiyası üzərində çalışan alimlərin modelləşdirmə işinin təfərrüatları “Science” jurnalında dərc edilib.

Xarici KİV-ə istinadən xəbər veririk ki, jurnalda, ABŞ-da aparılan bir araşdırma nəticəsində 2022-ci ilə qədər zaman sosial məsafələrin tələb oluna biləcəyini açıqlanıb.

Soyuq aylarda COVID-19-nin daha yoluxucu olacağını güman edən elm adamları, 2022-ci ilə qədər xəstəxanaların daşmasının qarşısını almaq üçün sosial məsafəni vaxtaşırı təkrarlamaq lazım gələ biləcəyini və birdəfəlik təcrid olunmasının qarşısını ala bilməyəcəyini qeyd edib.

Araşdırma qrupunun lideri Stiven Kissler, “Birdəfəlik sosial məsafə tədbirlərinin SARS CoV-2 hadisəsini reanimasiya hüdudları daxilində saxlamaq üçün yetərli olmadığını gördük. Digər müalicə formaları olmadıqda, vacib olan sosial məsafələr dövrləri kimi görünür” deyə bildirib.

Tədqiqatda bir modelləşdirmədə də davamlı sosial məsafənin cəmiyyətin toxunulmazlığının inkişafının qarşısını alan çox təsirli və mənfi bir üsul olduğu da müşahidə edilib.

Qeyd edək ki, dünyada yeni koronavirus hadisələrinin sayı 2 milyonu keçsə də, ən çox təsirlənən ölkə 614 min 246 ilə ABŞ olub.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.