Türkiyədə koronavirusdan ilk ölüm qeydə alındı
Türkiyədə koronavirusa yoluxan xəstələrdən biri ölüb.
Türkiyə mətbuatına istinadən xəbər veririk ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca Ankarada keçirdiyi mətbuat konfransında bildirib.
"Yeddi gün əvvəl mən ilk koronavirusa yoluxma barədə bildirdim. Bu gün kədərli xəbərim var - xəstələrdən biri öldü. Onun 89 yaşı vardı", - deyə nazir vurğulayıb. Nazirin sözlərinə görə, o, koronavirusa Çin əsilli şəxsdən yoluxub.
Fahrettin Koca bildirib ki, koronavirusa yoluxanların sayı daha 51 nəfər artıb. Hazırda ölkədə COVİD-19 infeksiyası xəstələrinin ümumi sayı 98 nəfər təşkil edir.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır