Bu gecədən Türkiyədə bütün obyektlər bağlanır - Koronavirusa görə
Son dəqiqə xəbərinə görə Türkiyədə də sosial izloyasiya tədbirləri həyata keçirilir.
Türkiyə mətbuatına istinadla məlumata görə, koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə bu gecədən etibarən Türkiyədə kinoteatr, restoran, kafe, gecə klubu, idman zalları, SPA, hovuz, əyləncə mərkəzləri, internet klublar və insaların kütləvi halda ola biləcəyi məkanların fəaliyyəti müvəqqəti olaraq dayandırılır.
Həmçinin, bütün toy və yas mərasimlərinin də keçirilməsi müvəqqəti olaraq qadağan edilir.
Məlumat üçün bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni tip koronavirusu pandemiya elan edib. Ən çox ölüm halları Çin, Cənubi Koreya, İtaliya, İspaniya və İranda baş verir. Azərbaycanda 23 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 1-i ölüb, 6 nəfər isə sağalıb.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır