Tramp Qasım Süleymaninin yerinə gələn generalı təhdid etdi
Amerikalıları öldürəcəyi təqdirdə Vaşinqton İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələrinin yeni komandiri, general İsmail Kaanini də aradan götürəcək...
Gazeta.ru-nun məlumatına görə, bu barədə ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk “Asharq Al-Awsat”a müsahibəsində bildirib.
“Kaani amerikalıları öldürməyə davam edəcəyi təqdirdə eyni aqibət onu da gözləyir”, - deyə Huk bəyan edib.
O qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp İranın amerikalı əsgərləri öldürməsindən sonra general Qasım Süleymaninin zərərsizləşdirilməsi barədə əmr vermişdi.
Xatırladaq ki, yanvarın 3-də ABŞ Hərbi Hava Qüvvələrinin Bağdad Hava limanı yaxınlığında raket hücumu nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələrinin komandiri Qasım Süleymani öldürülüb.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır