Tramp Qasım Süleymaninin yerinə gələn generalı təhdid etdi

Tramp Qasım Süleymaninin yerinə gələn generalı təhdid etdi Amerikalıları öldürəcəyi təqdirdə Vaşinqton İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələrinin yeni komandiri, general İsmail Kaanini də aradan götürəcək...
Gazeta.ru-nun məlumatına görə, bu barədə ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk “Asharq Al-Awsat”a müsahibəsində bildirib.

“Kaani amerikalıları öldürməyə davam edəcəyi təqdirdə eyni aqibət onu da gözləyir”, - deyə Huk bəyan edib.

O qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp İranın amerikalı əsgərləri öldürməsindən sonra general Qasım Süleymaninin zərərsizləşdirilməsi barədə əmr vermişdi.

Xatırladaq ki, yanvarın 3-də ABŞ Hərbi Hava Qüvvələrinin Bağdad Hava limanı yaxınlığında raket hücumu nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələrinin komandiri Qasım Süleymani öldürülüb.
Geri qayıt