SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Qardaş ölkənin sabiq prezidenti edam qərarından sonra ilk dəfə DANIŞDI

Qardaş ölkənin sabiq prezidenti edam qərarından sonra ilk dəfə DANIŞDI

Tarix:

19-12-2019, 13:23

/ 1 860 dəfə oxundu.
Qardaş ölkənin sabiq prezidenti edam qərarından sonra ilk dəfə DANIŞDI

"Belə bir qərarın qəbul edilməsi şəxsi intiqam zəmnində baş verib”.
Xarici KİV-ə istinadən xəbər veririk ki, bu sözləri Pakistanın sabiq prezidenti Pərviz Müşərrəf edam qərarından sonra etdiyi ilk danışığında deyib.
Belə ki, P.Müşərrəf qərarı televizor vasitəsilə öyrəndiyini qeyd edib: “Biri haqqında özünün və ya vəkilinin müdafiə etməsinə icazə verilmədən belə bir qərarın qəbul edilməsinin başqa bir nümunəsi yoxdur. Özümü görüntülü olaraq müdafiə etmək üçün təklif etdim, lakin qəbul edilmədi".
O, eyni zamanda belə bir qərarın qəbul edilməsinin şəxsi intiqam zəmnində olduğunu vurğulayıb: “Belə bir qərarın qəbul edilməsinə ehtiyac yox idi. Bu qərar yüksək vəzifələrdə olan insanlar tərəfindən mənə qarşı edilən intiqamdır. Qanundan sui-istifadə etmək, bir insanı hədəfə almaq və hadisələri istədikləri kimi idarət etmək onların niyyətlərinin nə olduğunu göstərir”.
Xatırladaq ki, Pakistanın paytaxtı İslamabadda keçirilən məhkəmədə 3 hakim Pərviz Müşərrəfi vətənə xəyanətdə günahlandıraraq edam olunmasına qərar verib.
Qeyd edək ki, keçmiş general olan Pərviz Müşərrəf 1999-cu ildə dövlət çevrilişi edərək hakimiyyətə gəlmiş və 2008-ci ilə qədər ölkənin prezidenti vəzifəsini icra etmişdi.

Şərhlər

XƏBƏR LENTİ