Məhkəmə Pərviz Müşərrəf haqqında edam hökmü çıxardı
Pakistanın xüsusi məhkəməsi sabiq prezident Pərviz Müşərrəf haqqında qərar qəbul edib.
"Dawn" qəzetinə istinadən xəbər veririk ki, sabiq dövlət başçısının haqqında edam hökmü çıxarılıb.
Pişəvər Ali Məhkəməsinin rəhbəri Vakar Əhməd Sethin sədrliyi ilə üç hakimdən ibarət hakimlər kollegiyasının qərarında deyilir ki, Pərviz Müşərrəf Pakistan Konstitusiyasının 6-cı maddəsinə uyğun olaraq təqsirli bilinib.
Sabiq prezident 2007-ci ildə Konstitusiyanın bəzi maddələrini dayandırmaqda və fövqəladə vəziyyət rejimi tətbiq etməkdə, həmçinin vətənə xəyanətdə ittiham olunub.
Qeyd edək ki, general Pərviz Müşərrəf 2001-2008-ci illərdə Pakistan prezidenti olub.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır