Hacıyevanın sərvətini üzə çıxaran şəxs mükafat aldı - FOTO
Azərbaycan Beynəlxalq Bankının sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın Londonda 16 milyon funt sterlinqi necə və hara xərclədiyini üzə çıxardığı üçün Böyük Britaniyanın Milli Cinayət Agentliyinin tədqiqatçısı (MCA) Nicola Bartlett beynəlxalq mükafata layiq görülüb.
Unikal.org Britaniya KİV-nə istinadən xəbər verir ki, Nicola Bartlett Zamirə Hacıyevanın Londonda sərvətini üzə çıxardığı üçün 14 illik "Keith Hughes" mükafatında fərdi kateqoriya üzrə qalib olub.
O, Britaniyada ilk dəfə tətbiq edilən "İzahedilməz Sərvət Sərəncamı" (UWO) çərçivəsində araşdırma aparıb və Zamirə Hacıyevanın cinayətlərini üzə çıxarıb.
Qeyd edək ki, Zamirə Hacıyeva 2018-ci ilin oktyabr ayında Böyük Britaniyanın İzahedilməz Sərvət Sərəncamının ilk hədəfi olan şəxs kimi tarixə düşüb.




Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır