"Pokrov Məhərrəm” Rusiyadan çıxarıldı
Rusiyada yaşayan tanınmış azərbaycanlı iş adamı, kriminal aləmdə “Pokrov Məhərrəm” kimi tanınan Məhərrəm Quliyev Rusiyadan deportasiya olunub.
Rusiya mətbuatına istinadən xəbər veririk ki, o, Moskvanın “Şeremetyevo” hava limanından Azərbaycana yola salınıb.
Məhərrəm Quliyev ötən ayın miqrasiya qanunlarını pozduğuna görə tutulmuşdu. Onun Rusiyada qeyri-qanuni yaşadığı məlum olub. Məhkəmə avtoritetin ölkədən kənara çıxarılmasına qərar verib.
Məhərrəm Quliyev ilk dəfə 2018-ci ilin yazında həbs olunub. O, tacirlərdən bir milyon rubl mənimsəməkdə ittiham olunurdu. O, 500 milyonluq mənzildə tutulub. Məhərrəm Quliyevə ev dustaqlığı verilsə də, restoranda dostlarıyla şənliyə qatılıb. Şənliklərdən sonra yoxa çıxıb və federal axtarışa verilib.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır