Polis “Lotu Quli”nin ad günündə məclisə hücum etdi - FOTO
Ukraynada azərbaycanlı "qanuni oğru” "Quli” ləqəbilə tanınan Nadir Səlifovun tərəfdarları saxlanılıb.
Yenisabah-a istinadən xəbər veririk ki, bu barədə Ukrayna Milli Polisinin rəis müavini Vyaçeslav Abroskin məlumat yayıb.
"Quli”nin tərəfdarları onun doğum gününü qeyd etmək üçün Ukraynanın Xmelniski şəhərində istirahət mərkəzlərinin birində toplaşıblar. Ukrayna polisi bundan xəbər tutan kimi əməliyyat keçirib və "Quli”nin tərəfdarları saxlanılıb.
"Dünən dünyanın müxtəlif ölkələrində "oğru dünyası” son zamanlarda fərqli ölkələrə - Türkiyə, Azərbaycan, BƏƏ-yə getməyə məcbur olan "Quli” ləqəbli "qanuni oğru”nun ad günü qeyd etmək üçün toplaşıb. Bizim ölkəmizdə onlar Xmelniski əyalətindəki istirahət mərkəzinə toplaşmışdılar, ancaq işləri düz gətirmədi...”, - deyə rəis müavini bildirib.
Abroskin daha sonra qeyd edib ki, polislərin bu cür toplantılara müadaxiləsi ağır cinayətlərin qarşısnı almaq məqsədi daşıyır. Onun sözlərinə görə, belə bir "dostluq görüşü” Gürcüstanda keçirilsəydi, onun iştirakçiları həbsə göndərilərdi.
Qeyd edək ki, dünən "Lotu Quli"nin 47 yaşı tamam olub.


Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır