"Diaspor lideri” Oleq Bakinski Ukraynadakı soydaşlarımıza qan uddurur – İLGİNC ŞİKAYƏT
Ukrayna paytaxtında azərbaycanlıların diaspor təşkilatının sədri olan “qanuni oğru” həmvətənlərimizə göz verib, işıq vermir.
Yenicag.az-a Ukraynanın paytaxtı Kiyev şəhərində yaşayan azərbaycanlılardan daxil olan şikayətə əsasən, həm də diaspor təşkilatının sədri olan “qanuni oğru” Oleq Bakinski (Oleq Krapivin) soydaşlarımızla reket kimi davranır.
Şikayətçilərin sözlərinə görə, Oleq Bakinski bir neçə il əvvəl “Bakıdan verilmiş göstəriş” əsasında diaspor təşkilatının sədri postuna gətirilib.
Bu şəxs Ukraynada yaşayan soydaşlarımıza dəstək olmaq əvəzinə, öz adamları ilə bazarda işləyənlərə hücum edir, onların hər birindən aylıq olaraq, 100 dollar pul yığır. Bu xəracı verməkdən imtina edənlər isə ölümlə təhdid olunurlar.
Şikayətçilər bildiriblər ki, bazarda işləyən azərbaycanlılar Bakinskinin kəsdiyi həmin aylıq xəracı vermək istəmədikləri üçün həyatlarını təhlükəyə atıblar:
“Diaspora sədri bizi müdafiə etməkdənsə, öldürməklə hədələyir”.
Qeyd olunur ki, Oleq Bakinskinin adamları Rafiq və Fazil adlı şəxslər dünən bazarda çalışan həmyerlilərimizi yenidən bir yerə yığaraq, xəracı çatdırmaları üçün onlara bu həftənin sonuna qədər vaxt veriblər.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır