"Lotu Quli"yə böyük zərbə: Oğru dünyasının yeni "kral"ı məlum oldu
Oğru aləminin yeni "kral"ının kimliyinə aydınlıq gəldi.
Keçmiş SSRİ ərazisində 1 nömrəli qanuni oğru "Şişkan” ləqəbli Oleq Şişkanov elan edilib.
Məlumata görə, bu məsələ Ded Xasanın varisi sayılan və hazırda həbsdə yatan Zaxari Kalaşovun da (Şakro Molodoy) "skype”la qatıldığı "sxodka”dan sonra həll edilib. "Sxodka”da o da qərara alınıb ki, keçmiş SSRİ ərazisində "obşak”a Vasili Xristoforov (Vasya Voskres) və Merab Qoqiya (Meliya) nəzarət edəcək.
Şişkanın namizədliyi Eduard Asatryan (Edik Osetrina), Yuri Piçuqin (Piçuqa), Tariel Oniani kimi nüfuzlu qanuni oğrular tərəfindən də dəstəklənib.
Maraqlısı odur ki, 1 nömrəli qanuni oğru adına hazırda İstanbulda yaşayan azərbaycanlı Nadir Səlifov (Lotu Quli) da iddia edirdi. Amma son anda qərar Şişkanovun xeyrinə verilib. Məlumata görə, bu məsələdə həlledici rolu Şakro Molodoy oynayıb.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır