Emin Ağalarovdan faciə qurbanlarına beş milyonluq yardım
Müğənni Emin Ağalarov Rusiyanın Kemerovo vilayətində yerləşən əyləncə mərkəzindəki baş vermiş yanğında həlak olan 64 nəfərin ailəsinə maddi yardım edib
Emin bu barədə sosial media hesabında məlumat verib.
O, beş şəhərdə verdiyi konsertdən əldə etdiyi 5 milyon rubl gəliri faciə qurbanlarının ailələrinə göndərdiyini bildirib.
“Kemerovoda baş vermiş dəhşətli faciəyə biganə qalmaq qeyri-mümkündür. Buna görə yanğından sonra köməyə ehtiyacı olan qurbanların və yaralanan şəxslərin ailələrinə pul yardımı etmək qərarına gəlmişəm.
Beş şəhərdə konsert vermişəm və hər bir konsertdən bir milyon rubl gəlirim olub. Bu konsertlər onsuz da xeyriyyə məqsədi daşıyırdı. Dostlarla bərabər 15 milyon rubl toplamışıq və pulu Müslüm Maqomayev adına Fonda göndərmişik”.
Qeyd edək ki, E.Ağalarov bu gün Tümendə planlaşdırılan konsertini təxirə salıb.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır