Ərdoğandan sərt referendum açıqlaması - “Bir gecə anidən gələrik”
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Şimali İraqda müstəqillik uğrunda keçirilən referenduma sərt reaksiya verib.
Ərdoğan referendumun qeyri-qanuni olduğunu və nəticələrini tanımayacaqlarını bildirib:
“Şimali İraqdakı referendum ölkənin yaşadığı duruma nəzər salsaq görərik ki, fürsətçilik məqsədi daşıyan bir addımdır. Bölgə bir tayfanın yaşayış sahəsi deyil. Orada türkmən və ərəb qardaşlarımızın haqları var.
Bu referendumun nəticəsini yox kimi qəbul edirik və qeyri-qanuni hesab edirik. Bir halda ki, İraqın federal quruluşu da bunların keçirdiyi referendumu qəbul etmir. Konstitusiya məhkəmələri də bunu açıqladı.
Biz bütün addımları atırıq ,atacağıq da. Boş yerə silahlı qüvvələrimiz orada deyil. Giriş-çıxışlarda lazımi addımlar atılır. Nefti hara axıdacaqlar? Klapan bizdədir. Onu da bağlasaq iş bitdi. Güzəşt yoxdur.
İraq Kürd Regional Hökuməti bu addımdan geri çəkilməlidir. Bir gecə xəbərsiz gələ bilərik”

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Günəşi sağıma, Ayı soluma qoysanızda təyyarəyə minmərəm
Azərbaycan nefti ucuzlaşıb