Günəşi sağıma, Ayı soluma qoysanızda təyyarəyə minmərəm
Azərbaycan musiqi aləmində özünəməxsus dəsti-xətti ilə seçilən tanınmış müğənni Məcid Şamil oğlu son illərdə Türk dünyasının ən çox sevilən ifaçılarından birinə çevrilib. Güclü səsi, emosional ifa tərzi və türk musiqilərinə gətirdiyi xüsusi ruh sənətçini geniş auditoriyanın sevimlisinə çevirib.
Məcid Şamil oğlu təkcə Azərbaycanda deyil, Türkiyədə də böyük rəğbətlə qarşılanır. Bir çox xalq artistləri və məşhur sənət adamları onun ifasını yüksək qiymətləndirərək sənətçiyə xüsusi hörmətlərini ifadə ediblər. Musiqi cameəsində onun haqqında “səsi ilə qəlblərə toxunan sənətkar” fikirləri tez-tez səsləndirilir.
Xüsusilə türk musiqilərinin mahir ifaçısı kimi tanınan Məcid Şamil oğlu ifalarına bəxş etdiyi hiss və duyğularla dinləyiciləri valeh etməyi bacarır. Dünyanın müxtəlif ölkələrindən onu dinləməyə gələn sənətsevərlər müğənninin konsertlərində böyük coşqu yaşayırlar. Sənətçinin sadəliyi, səmimiyyəti və təvazökarlığı isə onu sevənlərin sayını gündən-günə artırır.
Hazırda sənətçinin yeni klip layihəsi üzərində çalışdığı bildirilir. Yaxın aylarda təqdim olunacaq ekran işinin artıq musiqi cameəsində böyük maraq yaratdığı deyilir. Hətta yayılan məlumatlara görə, Türkiyənin tanınmış pop ulduzlarından birinin də həmin klipdə yer alacağı iddia olunur.
Bununla yanaşı, Məcid Şamil oğlunun səhhəti ilə bağlı diqqət çəkən məlumatlar da yayılıb. Aldığımız məlumata görə, sənətçi uzun müddətdir yüksək dərəcəli panik atak problemindən əziyyət çəkir. Həkimlərin ona təyyarə ilə uzun uçuşlara icazə vermədiyi bildirilir. Məhz bu səbəbdən müğənni xaricdən gələn çoxsaylı təkliflərə baxmayaraq ölkə xaricinə səfər edə bilmir.
Qeyd olunur ki, Rusiyanın və Türkiyənin bir çox şəhərlərində konsert proqramlarının təşkili ilə bağlı Məcid Şamil oğluna dəfələrlə təkliflər göndərilib. Lakin səhhətindəki problem səbəbindən sənətçi bu dəvətləri qəbul edə bilməyib.
Məlumatlara görə, bir müddət əvvəl Dubayda yaşayan məşhur azərbaycanlı iş adamlarından biri Məcid Şamil oğlunu övladının toy məclisinə dəvət edib. Bildirilir ki, sənətçiyə cəmi yarım saatlıq canlı ifa üçün 30 min dollar qonorar təklif olunsa da, müğənni səhhətindəki problem səbəbindən bu təklifi qəbul edə bilməyib.
Bütün bunlara baxmayaraq, Məcid Şamil oğlu yaradıcılığını dayandırmır və yeni layihələri üzərində fəaliyyətini davam etdirir. Pərəstişkarları isə sənətçinin həm yeni klipini, həm də gələcək səhnə layihələrini böyük səbirsizliklə gözləyirlər.





Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub